Yazar: Şahinoğlu @ Noyabr 18, 2009 16:00
Qarabağ probleminin həlində nə vacibdir: iqtisadi inkişaf, hərbi güc, demokratik imic, yoxsa hər üçü?
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı dünən gün ərzində üç açıqlama diqqəti çəkdi. Dövlət başçısı İlham Əliyev məcburi köçkün aiələləri üçün inşa olunmuş yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində geniş nitq söylədi, Rusiya Xarici İşlər Nazirlyinin rəsməsi Andrey Nesterenko ölkəsinin səylərindən danışdı, nəhayət Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “status-kvo”ya toxundu. Nesterenko Moskvada düzənlədiyi mətbuat konfransında Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində nəticə əldə olunması üçün əlindən gələni etdiyini deyib. Ankarada açıqlama verən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə rusiyalı diplomatdan fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bötüvlüyünə önəm verdiklərini bildirib. Hazırki vəziyyətin sonsuzluğa qədər davam edəcəyi təhlükəsini xatırladan Davudoğlu 17 illik “status-kvo”nun dəyişdirilməsi üçün ciddi diplomatik cəhdlərə ehtiyac duyulduğunu bu ifadəylə vurğulayıb: “Bizim məqsədimiz bölgədəki durumu diplomatik yolla dəyişməkdir”. İlham Əliyev isə qaçqınlar qarşısındakı çıxışında Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinin dalana dirəndiyini dilə gətirib. Ümumiyyətlə prezidentin son çıxışından 4 nəticə çıxarmaq mümkündür:1. Ermənistanın mövqeyi sərtləşib və danışıqlarda geriləmə müşahidə olunur, İrəvan vaxtı uzatmaqda maraqlıdır; 2. Erməni lobbisinin təsiri altında olan beynəlxalq birlik Qarabağ münaqişəsinin həlli üçün səylərini artırmır; 3. Minsk Qrupunun fəaliyyəti nəticə vermir; 4. Azərbaycan Ermənistana siyasi, iqtisadi, hərbi təzyiqini artırmaqda davam edəcəkİlham Əliyevin sadaladığından yalnız sonuncu Azərbaycanın əlindədir. Yəni dövlət baçısının da söylədiyi kimi, Ermənistanın real əhalisi 1 milyon 700 min, Azərbaycanın əhalisi 10 milyon yaxınlaşmaqdadır, iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından hazırda 7 dəfə, gələcəkdə isə 15 dəfə böyük olacaq, Ermənistanı bütün regional layihələrdən təcrid etmişik. Prezident bu rəqəmlərlə Ermənistanla Azərbaycan arasında uçurumun dərinləşdiyini və bu prosesin bundan sonra da sürətlənəcəyini göstərib. Əlbəttə, sadalanan rəqəmlər bizim xeyrimizədir. Ancaq başqa rəqəmlər də var ki, onlar bizim əleyhimizə işləyir. “Transparency İnternational” təşkilatının korrupsiyaya uğrayan dövlətlərin reytinqində Azərbaycan 180 ölkə arasında 143-cü, Ermənistan isə 120-ci sırada qərar tutub. Cənubi Qafqazda ən çox korrupsiyaya uğramış dövlət hələ də Azərbaycandır. Kimsə “Transparency İnternational” təşkilatını qərəzli adlandıra bilər, ancaq bu tanınmış qurumun hesabatlarıyla şikayət etdiyimiz beynəlxalq birlik hesablaşır. Görünür buna görədir ki, artıq Azərbaycanın hakimiyyət dairələrində də bu təşkilatın hesabatlarını qulaqardına vura bilmirlər. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “APA” agentliyinə müsahibəsində “Transparency İnternational” təşkilatının məruzələrinin mütləq mənada həqiqət mənbəyi kimi qəbuledilməzliyini vurğulasa da, zəruri əlavəsini də unutmayıb: “Bununla yanaşı, biz digər mənbələr kimi göstərilən sənədi də ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə beynəlxalq qurumlar tərəfindən necə qiymət verildiyini öyrənmək üçün qəbul edirik və nəzərə alırıq”. Görəsən iki bolggerin həbsinin Azərbaycana mümkün mənfi təsirləri də hesablanırmı? Azərbaycan bu olaya görə Avropanın iki tanınmış ölkəsinə nota verib, bir xeyli beynəlxaq təşkilatı da sərt şəkildə qınayıb, ardı hələ gəlir. İqtisadi qüdrət və hərbi xərclər Qarabağ münaqişəsinin həllində necə əhəmiyyətli rol oynayırsa, beynəlxalq aləmdə Azərbaycanın qeyri-demokratik və korrupsiyaya uğramış dövlət imicinin formalaşması problemin həllinə bir o qədər mənfi təsir edir. Əslində əməllərindən şikayət etdiyimiz erməni lobbisinin əlini özümüz gücləndiririk. Halbuki, rəsmi təbliğat maşını son günlərə qədər ölkəmiz ətrafında informasiya blokadasının yarıldığını, beynəlxalq aləmdə Azərbaycanın həqiqətlərinə diqqət yetirdiyini deyərdi. İndi isə dolayısıyla beynəlxalq aləmdə erməni lobbisinin yenidən bizi üstələdəyini irəli sürürük. Əgər belədirsə bu durumu dəyişmək də bizim əlimizdədir.

qarabag nabukko türkiyə lissabon moskva axcp qaz tiflis polşa obama kərimli rusiya radio əli dağlıq zbiqnev erməni hamas kreml rusiyaç
İndi blogda: 2
Keçən ayın hiti: 5728
Dünənki hit: 135
Bugünki hit: 179
Ümumi hit: 39565